Avropa Oyunlarının Atəşgahda yandırılacaq məşəli 48 gün gəzdiriləcək

Avropa Oyunlarının Atəşgahda yandırılacaq məşəli 48 gün gəzdiriləcək

“İdman tarixinə yazılacaq Avropa Oyunlarına iki aydan az vaxt qalıb. Hər kəs bunun ölkəmizdə keçirilməsi ilə fəxr edir”.

Apasport.az-ın məlumatına görə, bunu Bakı-2015-in Əməliyyat Komitəsinin icraçı direktoru Azad Rəhimov deyib.

Avropa Oyunlarının məşəlinin və xəritəsinin təqdimat mərasimində çıxış edən gənclər və idman naziri bununla bağlı geniş məlumat verib: “Aprelin 26-sı məşəl estafetinin ilk günü olacaq. Atəşgah Məbədində yandırılıb, 48 gün gəzəcək. Bununla bağlı hər şey artıq hazırdır. Təşkilat Komitəsinin qərarına əsasən, məşəl SOCAR-ın dəstəyi ilə Bakıya çatmamış 5500 km məsafəni qət edəcək.

66 sm hündürlüyü olan məşəl Bakı-2015 ruhuna tam uyğundur. Başlığında 50 xüsusi element yer alıb ki, bu da iştirakçıları əks etdirir. Estafetdə 1000-dən çox məşəlçi, 130-dan artıq maşın olacaq. Məşəl yerin altında metro, üstündə maşın, fayton və atla, suda qayıqla, göydə isə təyyarə ilə aparılacaq. Məşəli YAPAT-la birgə Sebastian Berqne dizayn edib”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1789 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...