Gəncə İcra Hakimiyyətinin məsul işçisi iş otağında öldü

Gəncə İcra Hakimiyyətinin məsul işçisi iş otağında öldü


Gəncə Şəhər İcra Hakimiyyətinin məsul işçisi iş otağında ölüb. Bu barədə məlumat "Trend"ə etibarlı mənbədən daxil olub. Belə ki, bu gün günorta saatlarında Gəncə Şəhər İcra Hakimiyyətinin 63 yaşlı məsul işçisi Məmmədov Tariyel Nadir oğlu iş otağında qəflətən dünyasını dəyişib.

Onun iş başında olarkən özünü qəflətən pis hiss etdiyi bildirilib. Gəncə Şəhər Təcili Tibbi Yardım briqadası hadisə yerinə gələn zaman onun dünyasını dəyişdiyini görüblər. Ehtimal olunur ki, mərhum infarktdan dünyasını dəyişib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1314 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...