Azərbaycan bu layihələrdən 4,8 milyard qazandı

Azərbaycan bu layihələrdən 4,8 milyard qazandı


Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2015-ci ilin yanvar-iyul ayları ərzində "Azəri-Çıraq-Günəşli" (AÇG) və "Şahdəniz" layihələri üzrə gəlirlərini açılqlayıb. Report-un qurumun mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, bu ilin 7 ayında Fond "AÇG" yataqlar blokundan 4 602 milyon ABŞ dolları, "Şahdəniz" qaz yatağından isə 217 milyon dollar həcmində gəlir əldə edib. Məlumata görə, 2001-ci ildən etibarən "AÇG" bloku üzrə əldə olunan ümumi gəlirlər 114 752 milyon dollar, "Şahdəniz" yatağı üzrə əldə olunan ümumi gəlirlər isə 2007-ci ildən etibarən 2.337 milyard dollar olub.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1219 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...