Məktəbli formaları ilə bağlı ciddi yoxlamalara başlanıldı

Məktəbli formaları ilə bağlı ciddi yoxlamalara başlanıldı


“Bazarda aparılan yoxlama nəticəsində külli miqadarda keyfiyyətsiz, saxta məktəbli forması aşkar olunub”.

Bu barədə Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı deyib. O, AzVision.az-a bildirib ki, Komitəyə daxil olan məlumat əsasında bazarda yoxlamalar aparılıb. Onun sözlərinə görə, Standartlaşdırma Meterologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə

Dövlət Nəzarəti Xidməti tərəfindən aparılan araşdırma zamanı müəyyən olunub ki, “Uluxanlı” firması qeyri-qanuni olaraq Bakı Tikiş Evi ASC-nın əmtəə nişanından istifadə edərək saxta, keyfiyyətsiz və təhlükəli, normativ sənədi olmadan məhsul istehsal edir: “Bu gün aparılan araşdırma nəticəsində külli miqadarda keyfiyyətsiz , saxta məktəbli forması aşkar olundu və satışı dayandırıldı. “Uluxanlı” adı ilə istehsal etdiyi məhsulların da əmtəə nişanından istifadə olunmayıb. Başqasının əmtəə nişanı ilə məhsul istehsalı birbaşa qanun pozuntusu olduğundan firma ilə bağlı sənədlərə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına göndəriləcək. Bundan başqa qanun cərçivəsində cərimə ödəməli olacaq”. Saxta məktəbli formalarının satış yerlərinin də müəyyən edildiyini deyən F. Talıblı bildirib ki, saxta kostyumların satışı dayandırılıb.

“Qısa vaxt ərzində Maştağada və Qaradağ rayonu ərazisindəki topdansatış məntəqələrində saxta BTE əmtəə nişanı ilə satışa çıxarılan məktəbli kostyumlarının satışını aşkar etdik və dərhal həmin məhsullar satışdan çıxarıldı. Bir daha valideynlərdən xahiş edirik ki, keyfiyyətli məktəbli forması almaq istəyilərsə Bakı Tikiş Evinin dükanlarına müraciət etsinlər”. Qeyd edək ki, yeni dərs ilinin başlanamsına az müddət qaldığından məktəbli formalarının keyfiyyəti ilə bağlı yoxlamalara başlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1258 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...