PKK "Bakı-Tiflis-Qars" layihəsini yubadır

PKK "Bakı-Tiflis-Qars" layihəsini yubadır


"Bakı-Tiflis-Qars" dəmir yolu 2016-cı ildə istifadəyə veriləcək. Ans tv-nin məlumatına görə, Türkiyədə yaşanan son hadisələr "Bakı- Tiflis- Qars" layihəsindən də yan keçməyib. Baş verənlər Prezident İlham Əliyevin diqqət mərkəzindədir. Hətta ölkə başçısının birbaşa göstərişi ilə, Türkiyəyə yollanan baş nazirin müavini Abid Şərifov hökümət nümayədələri ilə görüşüb.

Həmin görüşün təfərrüatlarını və "Bakı -Tiflis -Qars" dəmiryolu barədə son məlumatları haqqında TRASEKA-nın Azərbaycan üzrə milli katibi, Akif Mustafayev açıqlayıb: "Son günlər Türkiyədə baş verən terror hadisələri orada gedən bəzi işlərin ləngiməsinə səbəb oldu. Bunun üçün də bu ilin sonuna kimi söz verilən "Bakı-Tiflis-Qars" kəməri işə düşə bilməyəcək. Bu açılışın 2016-ci ildə olması planlaşdırılır". Akif Mustafayev həmçinin Abid Şərifovun Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşündən də danışıb. Onun xəbərinə görə, nazirlərin də iştirak etdiyi görüşdə müəyyən olunub ki, Türkiyədə noyabr ayında baş tutacaq Parlament seçkilərindən sonra işlər daha da aktivləşəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1301 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...