Abutalıbovun park salmaq istədiyi məktəblə bağlı- Açıqlama

Abutalıbovun park salmaq istədiyi məktəblə bağlı-


Bakı şəhər Təhsil İdarəsi ötən gün bir qrup valideynin 20 nömrəli məktəbin qarşısında keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.

Qurumdan “Qafqazinfo”ya daxil olan məlumata görə, 25000 kvadratmetr sahəsi olacaq 3000 şagird yerlik 20 nömrəli məktəb-lisey Bakı şəhərinin ən böyük ümumtəhsil müəssisələrindən biri olduğuna görə, müasir tələblərə uyğun 5 mərtəbədən ibarət yeni məktəb binasının inşa olunması nəzərdə tutulur.

İndiyədək 20 nömrəli məktəb-liseyin tikintisi üçün müvafiq olaraq Prezidentin Ehtiyat Fondundan 15 milyon manat, Dövlət İnvestisiya Xərclərindən isə 2 milyon manat ayrılıb. Bu günədək məktəbin bünövrə və zirzəmi hissəsinin tikintisi başa çatdırılıb. Hazırda yeni məktəb binasının layihəsində layihə şirkəti tərəfindən bəzi əlavə dəyişikliklər aparılır. Bu proses tamamlandıqdan sonra məktəbin tikinti işləri davam etdiriləcək. 20 nömrəli məktəb-liseyin 2830 şagird hazırda paytaxtın digər 2 məktəbində təhsillərini davam etdirirlər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1068 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...