İki il əvvəl əsaslı təmir edilən avtomagistral yenidən təmir edilir

İki il əvvəl əsaslı təmir edilən avtomagistral yenidən təmir edilir


Azərbaycanın əsas avtomagistrallarından olan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 160-172-ci kilometrlik hissəsi yenidən təmir edilir.

Nəqliyyat Nazirliyi yanında “Azəryolservis” ASC bu gün bəyan edib ki (http://azeryol.az/az/news/view/558/) bu yol uzun illər cari təmir edilməyib. Amma elə həmin mənbəyə əsasən (http://azeryol.az/az/content/396/), bu avtomagistralda hətta yenidənqurma işləri başa çatmayıb. Bu layihəyə 2010-cu ilin mayında başlanılıb və 2013-cü ilin mayında başa çatmalı idi.

M4 maqistralının Muğanlı-Yevlax avtomobil yolunun (145 km) yenidən qurulması üçün hökumət Fransanın BNP Paribas bankından borc alıb. İşlərin podratçısı (“Azerinshaatservis” MMC) qeyd edir ki, (http://goo.gl/OmJmvD) , bu layihə çərçivəsində $259,8 mln xərcləyib. Bundan başqa, hökumət həmçinin bu işlərin bir hissəsini dövlət büdcəsindən maliyyələşdirir. Kredit sazişi 2008-ci ildə təsdiq edilib (http://e-qanun.az/framework/15588).



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1115 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...