Rusiyalı idmançı Qış Olimpiya Oyunlarının tarixinə düşüb

Rusiyalı idmançı Qış Olimpiya Oyunlarının tarixinə düşüb
Rusiyalı xizəkçi Veronika Stepanova Qış Olimpiya Oyunlarının tarixinə düşüb.

"Report"un məlumatına görə, 21 yaşlı idmançı buna Rusiya komandasının tərkibində estafet yarışında qızıl medal qazanmaqla nail olub.

Stepanova bu növdə ən gənc yaşda olimpiya çempionu olan idmançı adına sahib çıxıb. O, 21 yaş 39-cu günündə uğura yiyələnib.

Xizəkçi 1998-ci ildəki olimpiadada 21 yaş 60 günündə qızıl medal qazanmış həmyerlisi Yuliya Çepalovanın rekordunu qırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
658 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...