"Sabah" - "Neftçi" oyununda qalmaqal baş verib

"Sabah" - "Neftçi" oyununda qalmaqal baş verib

Azərbaycan Kubokunun 1/4 final mərhələsində keçirilən "Sabah" - "Neftçi" matçında qalmaqal baş verib.

"Report"un məlumatına görə, "Sabah"ın futbolçusu Aleksey İsayev rəqib oyunçu Eddi İsrafilovu vurub.

27 yaşlı yarımmüdafiəçi ona qarşı edilən kobudluqdan sonra rəqibə tərəf gedib. Meydan sahiblərinin qapıçısı Səlahət Ağayev də münaqişəyə qoşulub və Voislav Stankoviçi itələyib.

Baş hakim Rəvan Həmzəzadə 75-ci dəqiqədə İsayevə və Ağayevə qırmızı vərəqə göstərib. Referi etirazlardan sonra "Sabah"ın baş məşqçisi Murad Musayevi də texniki zonadan qovub.

Qeyd edək ki, hazırda "Neftçi" 3:1 hesabı ilə öndədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
654 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...