Alimlərin də ixtisarı başlayır
Manatın dəyərinin aşağı düşməsi Azərbaycanda bütün sahələrdə vəziyyətə ciddi mənfi təsir göstərib. Belə məqamda bir sıra layihələr dayandırılır, müəyyən ixtisarlar aparılır.
Büdcədən pul ayrılan yerlərdən biri də Azərbaycan Milli Elmlər Akademiyasıdır. Hazırkı iqtisadi durum akademiyada hansı islahatlara yol aça bilər? Böhran elmi qurumun institut və təşkilatlarında struktur dəyişikliyi və ixtisarla səbəb ola bilərmi?
AMEA-nın əməkdaşı, sosioloq alim Əhməd Qəşəmoğlu çıxış yolu kimi akademiyada heç bir institutun bağlanmasını deyil, sadəcə, elm adına heç bir iş görməyən kadrların ixtisara salınmasını məqsədəuyğun hesab edir: “Akademiyada islahatlarla bağlı böyük paket hazırlamışdım. Bu gün də həmin paketin doğru olduğun inanıram.
Akademiyada ciddi islahatlar keçirilməlidir. Akademiya ölkənin elmi-tədqiqatının əsas aparıcı mexanizminə çevrilməlidir. Amma çox təəssüf ki, akademiyada lazımı olan islahatlar aparılmır. Hər şey başlı-başına buraxılıb. Akademiyada 300-ə yaxın əməkdaşı olan institut var. Hətta əməkdaşlarının sayı bundan çox olan institutlar var. Amma görülən işlərə, ortadakı konkret məhsullara baxmaq lazımdır. BU səbəbdən həqiqi elmi işçiləri saxlamaq və onların maaşını indikindən bir neçə dəfə çoxaltmaq lazımdır”.
1058 dəfə oxundu