Ərdoğan Dəmirtaşın kürd muxtariyyəti çağırışını "vətənə xəyanət" adlandırdı

Ərdoğan Dəmirtaşın kürd muxtariyyəti çağırışını "vətənə xəyanət" adlandırdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan kürd siyasətçi Səlahəddin Dəmirtaşın kürd muxtariyyəti çağırışını “vətənə xəyanət” adlandırıb. “Həmsədrin etdiyi xəyanət və provokasiyadır”, -deyə Ərdoğan Xalq Demokratiya Partiyasının (HDP) həmsədri Dəmirtaşa istinadən bildirib. Xatırladaq ki, həftə sonu HDP və digər kürdpərəst qruplar Türkiyənin əsasən kürdlər yaşayan cənub-şərq bölgələrində özünü idarəetməyə çağırış ediblər.

Türkiyə prokurorluğu həmin şərhlərlə əlaqədar istintaqa başlayıb. Türkiyə hərbiyyəsi özünü idarəetmə uğrunda mübarizə aparan üsyançı Kürdüstan Fəhlə Partiyasına (PKK) qarşı əməliyyatlar həyata keçirir. Ordunun bildirdiyinə görə, onlar indiyə qədər 200-dən çox PKK silahlısını məhv ediblər. Onu da xatırladaq ki, PKK Türkiyə, ABŞ və Avropa İttifaqı tərəfindən “terrorçu” təşkilat kimi tanınır.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
929 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...