Polşanın yeni prezidenti kimdir?

Polşanın yeni prezidenti kimdir?

Polşada keçirilən prezident seçkilərinin 2-ci turunda Anjey Duda qalib gəlib.

APA-nın xəbərinə görə, səsvermənin bitməsindən sonra keçirilən “exit-poll”un nəticələrinə əsasən A. Duda 53% səs alıb. Onun rəqibi, hazırkı prezident Bronislav Komorovski isə 47% səs toplayıb. B. Komorovski artıq öz məğlubiyyətini etiraf edib. “Dostlar, alınmadı. Seçicilər belə qərar verdilər. Demokratiya təkcə nəticələri tanımaq yox, həm də hörmət etmək deməkdir. Anjey Dudanı təbrik edirik”, - deyə o, söyləyib.

Xatırladaq ki, ilk turda A. Duda 34,76%, B. Komorovski isə 33,77% səs toplamışdı.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1272 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...