Azərbaycanın ATƏT-dəki nümayəndəliyi bəyanat yayıb

Azərbaycanın ATƏT-dəki nümayəndəliyi bəyanat yayıb


"Ədalət olmadan, beynəlxalq qanunlara riayət edilmədən, ölkələr bir-birinin ərazi bütövlüyü və suverenliyinə hörmət etmədən sülhün bərqərar olması mümkün deyil"

"Report" xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT yanındakı daimi nümayəndəliyinin Vyanada keçirilən təhlükəsizlik sahəsində əməkdaşlıq forumundakı bəyanatında deyilir.

"Uzun sürən silahlı münaqişə şəraitində siyasi məsələlər üzrə razılığın olmaması insan haqları və humanitar haqlara uzun müddət ərzində və bilərəkdən riayət olunmaması ilə bağlı problemlərin həlli üçün bəhanə kimi istifadə oluna bilməz. "Əhalinin yerdəyişməsi və xarici hərbi işğal ilə mürəkkəbləşən silahlı münaqişələrdə mülki şəxslərin müdafiəsinə xüsusi diqqət ayrılmalıdır", - bəyanatda qeyd olunur.

Azərbaycanın daimi nümayəndəliyi işğal altında olan ərazilərdə qanunsuz təcrübə və köçürmə siyasətinə son qoymağa və məcburi köçkünlərin öz evlərinə təhlükəsiz şəkildə qayıtmasını təmin etməyə çağırıb. "Cəzasızlıqla mübarizə yalnız cinayətlərin təqibi və günahkarların məsuliyyətə cəlb olunması üçün deyil, həm də sabit sülh və barışığın təmin olunması üçün vacibdir", - bəyanatda deyilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
849 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...