Əliyevlə Sərkisyanın görüşəcəyi vaxt məlum deyil

Əliyevlə Sərkisyanın görüşəcəyi vaxt məlum deyil

Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün dəqiq tarixi hələlik məlum deyil, lakin biz hər iki paytaxta səfər edəcəyik və bu, müzakirə edəcəyimiz məsələlərdən biri olacaq. Oxu.az xəbər verir ki, bunu news.am saytına ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib. Danışıqlar prosesində irəliləyişin olması ilə bağlı suala cavab verən diplomat qeyd edib ki, o, Ermənistan XİN başçısı, daha sonra isə prezidentlə görüşəcək. “Biz danışıqlar prosesində növbəti addımlar barədə danışacağıq”, - Ceyms Uorlik deyib. Danşıqlarla bağlı yeniliklərə gəlincə, amerikalı həmsədr qeyd edib: “Hər iki prezident dialoqun intensivləşdirilməsi ilə bağlı niyyətlərini bəyan ediblər və həmsədrlər onlara bu müzakirələri asanlaşdırmağa kömək edəcəklər”.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1093 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...