Rusiya Belarus sərhədindən Azərbaycana aid yük maşınlarını buraxmır? - VİDEO

Rusiya Belarus sərhədindən Azərbaycana aid yük maşınlarını buraxmır? -
Azərbaycana məxsus bir neçə yük maşınının Rusiya ilə Belarusun arasındakı sərhəddə - Bryansk vilayətində heç bir əsas olmadan saxlanıldığı deyilir.

GUNDEMİNFO.AZ xəbər verir ki, bu barədə Oxu.az-ın redaksiyasına daxil olan məlumatda qeyd edilib.

Azərbaycanlı TIR sürücülərindən birinin dediyinə görə, artıq bir neçə gündür, həmin sərhəddə saxlanılıblar:

“Bryansk vilayətində bir neçə maşını saxlayıblar. Ruslar acığa düşüblər və məhz Azərbaycana məxsus yük maşınlarını üçüncü ölkəyə - Belarusa buraxmırlar. Rus sərhədçilər sənədlərimizi alıblar. Nə üçün üçüncü ölkəyə buraxmadıqlarını soruşsaq da, bizə cavab vermirlər. Sənədlərimizi də qaytarmırlar ki, geri qayıdaq. Qeyd edim ki, bizim bütün sənədlərimiz qaydasındadır.

Bizi hansı səbəbdən incitdikləri bəllidir. Bu videonu paylaşıram ki, Azərbaycanın aidiyyəti qurumları bilsinlər ki, Xankəndi yolunda baş verən məsələyə görə sevimli rus qonşularımız bizi burada incidirlər. Biz deyəndə ki, hər zaman bu sərhədi keçib getmişik, deyirlər ki, xeyr, siz bu sərhəddən yük ilə keçə bilərsiniz, boş gedə bilməzsiniz”.

https://www.youtube.com/watch?v=bB3x2a5kavs



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
680 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...