Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Tərtər Rayon İcra Hakimiyyətində rayon icra hakimiyyəti başçısı aparatının, inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyə sədrlərinin, idarə, müəssissə və təkilat rəhbərlərinin iştirakı ilə yığıncaq keçirilib.

Tədbirdə Ümummilli liderin və torpaqlarımızın suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra 2023-cü ilin 9 ayında görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxış edərək bildirib ki, 2023-cü ilin 9 ayı ərzində rayonda ümumi məhsul buraxılışının həcmi 199 milyon 862.4 min manat olub. 2022-ci ilin müvafiq dövrünə nisbətən məhsul buraxılışının həcmi 3.0 faiz artıb.

Hesabat dövründə kənd təsərrüfatı istehsalı 11.4 faiz artaraq 96 milyon 275.0 min manat, informasiya və rabitə xidmətlərinin həcmi 5.1 faiz artaraq 706.0 min manat olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlər 11.9 faiz artaraq 23 milyon 231.5 min manat, ictimai iaşə xidmətləri 12.2 faiz artaraq 3 milyon 320.6 min manat olub. Nəqliyyat sektorunda yük daşınması 18.9 faiz artaraq 250.0 min ton, sərnişin daşınması 8.7 faiz artaraq 5 milyon 11 min nəfər təşkil etmişdir.

Rayon əhalisinin məşğulluğunun təmin edilməsi məqsədi ilə hesabat dövründə 163 yeni iş yeri açılmışdır. Həmin yeni iş yerlərinin 40-ı yeni yaradılmış müəssisə və təşkilatlarda, 123-ü mövcud müəssisə və təşkilatlarda açılmış, yeni yaradılmış fərdi sahibkarlıq subyektlərinin sayı 525 olmuşdur.

2023-ci ilin 9 ayında rayon üzrə orta aylıq əmək haqq 2022-ci ilin müvafiq dövrünə nisbətən 66.0 manat və ya 13.0 faiz artaraq 575.5 manat təşkil etmişdir.
Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib
Tərtərdə 2023-cü ilin 9 ayının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib

Sonra icra başçısı rayonda aparılan tikinti-abadlıq işlərindən danışıb. Qeyd olunub ki, Ölkə Prezidenti Cənab İlham Əliyevin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə “Azərbaycan Respublikası Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” rayonumuzda da uğurla icra olunur.

Müvafiq dövr ərzində rayonumuzda tikinti-quraşdırma və abadlıq işləri davam etdirilmişdir.

Tərtər şəhərinin Hedər Əliyev prospektində, Şıxəli Qurbanov, Mehdi Hüseynzadə, Mahir Əsədov, Rasim Mürsəlov, Eldar Məmmədov küçələrində aparılan abadlıq işləri başa çatmışdır. Səkilərdəki köhnə bardyorlar yenisi ilə əvəz olunub, səkilərə asfalt döşənib, yeni yaşıllıq zolaqları, yaradılıb, işıq, qaz, telekommunikasıya xətləri qaydaya salınıb. Küçələrlə yanaşı uzun illərdir təmir-abadlıq işləri aparılmayan M.Ə.Sabir adına parkda aparılan yenidənqurma və təmir işləri başa çatıb. Parkda köhnə tamet daşları və bardyorlar yenisi ilə əvəz olunub, əraziyə yeni münbit torpaq verilərək gül kolları və müxtəlif bəzək ağacları əkilib. M.Ə.Sabirin büstü və onun satirik əsərlərinin personajlarının heykəlləri təmir-bərpa olunub, sakinlərin istirahəti üçün söhbətgahlar təmir olunub, parkın gecə işıqlandırılması üçün yeni işıqlandırma sistemi qurulub, parkın istinad divarları aqlay daşları ilə üzlənib, məhəccərlər təmir olunaraq rənglənib, insanların istirahəti üçün şərait yaradılıb.

Vasif Hüseynov küçəsində yerləşən Şəhid bulağında yenidənqurma və təmir işləri aparılmışdır.

Heydər Əliyev prospektində və Elman Hüseynov küçəsində səkilərdə təmir işləri aparılmış, tamet daşları düzülmüşdür.

Tərtər şəhərin Qənbər Qənbərli, Sənan Məmmədov, Azər Şəmilov, Süleyman Məmmədov, Şakir Həsənov, Fizuli Rüstəmov küçələrində də istinad divarları hörülüb hündürləşdirilmiş, divarlar aqalay və bəzək daşları ilə üzlənmişdir. Kommunikasiya işıq, telefon xəttləri səliqəyə salınmış, ağaclar budanmış, təmizlik işləri aparılmışdır. Hazırda Fizuli Rüstəmov küçəsində son tamamlama işlər davam etdirilir.

Vətən müharibəsi şəhidləri Qənbər Qənbərli, Sənan Məmmədli, Azər Şəmilov, Polad Həşimov, Anar Əliyev, Ruslan Şahbazov, Aslan Hüseynov, Aysənan Abbasov, Məftun Əhmədzadə və Fizuli Rüstəmovun adına verilmiş küçələrdə şəhidlərin baralyefləri quraşdırılmışdır.

Rayonda ekoloji tarazlığın qorunması məqsədilə Bərdə, Ağdam və Gəncə istiqamətində yol kənarlarına və rayonun yaşayış məntəqələrində, meşə zolaqlarında 35 min müxtəlif növ ağaclar, 6 min ədəd gül kolları və 200 min ədəd həmişəyaşıl kolları əkilmiş, respublika və yerli əhəmiyyətli avtomobil yollarında 1 milyon 147.8 min manatlıq carı təmir və saxlanma işləri görülmüşdür.

Heydər Əliyev Fondunun hesabına 320 şagird yerlik Azad Qaraqoyunlu və Təhsil Nazirliyinin xətti ilə 360 şagird yerlik Tərtər şəhər 5 saylı tam orta məktəbləri üçün yeni məktəb binaları tikilib, şəhər 3 nömrəli ümumi orta məktəb, Köçərli və Hacıqərvənd kənd tam orta məktəblərində isə cari təmir işləri aparılaraq məktəblilərin istifadəsinə verilmişdir.

Rayonun Bəyimsarov və Qazyan kəndlərində 50 yerlik körpələr evi-uşaq bağçalarının tikinti işləri davam etdirilir.

Rayonun iqtisadiyyatının əsasını aqrar sahə təşkil etdiyindən rayonda kənd təsərrüfatı məhsullarının istehsalının artırılması diqqət mərkəzində olmuşdur. Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da aqrar sektorun inkişaf etdirilməsi sahəsində məqsədyönlü işlər görülmüşdür.

9 ayda kənd təsərrüfatı məhsulunun ümumi həcmi 96 milyon 275.0 min manat təşkil etmişdir ki, onun da 61 milyon 558.5 min manatı bitkiçilik, 34 milyon 716.5 min manatı heyvandarlıq məhsullarının hesabına formalaşmışdır. 2022-ci ilin müvafiq dövrünə nisbətən kənd təsərrüfatı məhsulunun həcmi 11.4 faiz artmışdır.

Cari ildə 8929,9 hektar sahədə taxıl becərilib ki, onun 5245,2 hektarı buğda, 3684.7 hektarı arpa olmuşdur. Rayonda 38907,7 ton taxıl istehsal olunmuşdur. Taxıl istehsalı 2022-ci ilə nisbətən 17.1 faiz artmışdır.

Cari ilin 9 ayı ərzində rayonda 3017,1 ton pambıq, 5709.4 ton dən üçün günəbaxan, 5715 ton kartof, 15085.7 ton müxtəlif tərəvəz məhsulları, 793.4 ton dən üçün qarğıdalı, 68.7 ton lobya, 51.5 ton noxud, 4.5 ton sorqo, 9464.6 müxtəlif növ meyvə və giləmeyvə, 809.6 ton üzüm istehsal olunmuşdur. Məhsul yığımı davam edir.

Cari ildə 21.5 hektar sahədə yeni meyvə bağları salınmışdır.

2023-cü ildə rayonun kümçüləri 375 qutu ipəkqurdu saxlamış və 14775.71 kiloqram barama tədarük etmişlər. 2022-ci ilə nisbətən barama tədarükü 45.3 faiz armışdır

Yığıncaqda əhalinin təbii qaz, elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlərdən, təhsil, mədəniyyət, səhiyyə sahələrindəki vəziyyətdən də ətraflı bəhs edilib, mövcud problemlərə toxunulub, onların həllindən və görüləcək işlərdən danışılıb. Sonra yığıncaq müvafiq qərar layihəsi qəbul edib.
Məruzə ətrafında rayon Maliyyə idarəsinin müdiri Əli Əlizadə, Qarabağ Regional Təhsil İdarəsinin Tərtər Təhsil sektorunun müdiri Oktay Sarıkişiyev, rayon Statistika idarəsinin rəisi Ədalət Məmmədov, Tərtər RİHB aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Kənan Mehdiyev, DAİM-nin Tərtər filialında Bitkiçilik sektorunun müdiri vəzifəsini müvəqqəti icra edən Arif Behbudov, “MKT İstehsalat Kommersiya” MMC-nin Tərtər filialının müdiri Feruz Məmmədov, “Azərpambıq MMC”-nin Tərtər filialının direktoru Fəqani Babışov çıxış ediblər.
Tədbirdə respublika prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə rayonun Əksipara kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Pərviz Mustafayevə verilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalı rayon rəhbəri tərəfindən ona təqdim təqdim olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
734 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...