Tələbələr peşə məktəblərinə təqaüd yüksək olduğu üçün GEDİRLƏR?
“Bəziləri peşə məktəblərinə təqaüd qazanmaq üçün gəlməyə çalışır. Ona görə də təqaüdün miqdarının azaldılmasını düşünürük”. Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində səsləndirilən suallara cavabında deyib.
Nazir bildirib ki, məşğulluq bazarlarına aktivlik üçün gəlinməsi yaxşı olardı:
“Dövlət peşə hazırlıqları mərkəzləri üzrə monitorinq nəticələri 75% ətrafındadır”.
İqtisadçı ekspert Rəşad Həsənov Bizim.Media-ya açıqlamasında nazirin fikrinə münasibət bildirib. O qeyd edib ki, burada məqsəd təqaüd deyil:
“Məqsəd inhisara davamlı peşənin qazanılmasıdır. Dünyada bu kimi sosial müdafiə mexanizmləri, alətləri yaradılarkən, dəstək alətləri formalaşdırılarkən, onun yan təsirləri əvvəlcədən və ya prosesin içində nəzərə alınır. Bizdəki təqaüdlər maraq doğuracaq və insanları kütləvi şəkildə prosesə cəlb edəcək qədər yüksək deyil.
Hökumət bu kimi halların meydana çıxdığını müşahidə edirsə, bu istiqamətdə addımlar atmalıdır. Ancaq yaxşı olar ki, bu, təqaüdün azalması yolu ilə deyil, peşə təlimlərinə cəlb olunan insanların gələcəkdə bu peşədən istifadəsi istiqamətində müəyyən öhdəliklər mexanizminin formalaşdırması yolu ilə həll edilsin.
Bəzi ölkələrdə verilən təqaüdlər insanların ehtiyaclarını qarşılayacaq səviyyədə olur.
Gələcəkdə vətəndaş çalışan zaman həmin təqaüdlərin bir qismi geri alınır. Yəni vətəndaşa məsuliyyət və öhdəlik qoyaraq məsələni həll etmək olar, nəinki təqaüdü azaltmaq. Azərbaycanda bütün növ təqaüdlər o qədər də yüksək səviyyədə deyil”.
639 dəfə oxundu