Rusiya Qarabağdan gedən ermənilərə görə İrəvana 40 ton yardım göndərir

Rusiya Qarabağdan gedən ermənilərə görə İrəvana 40 ton yardım göndərir
“Yaxın günlərdə İrəvana Qarabağ erməniləri üçün Rusiyanın 40 tonluq humanitar yardımı çatdırılacaq”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“Biz Ermənistana və Qarabağ ermənilərinə humanitar sahədə yardım göstəririk, xüsusən də Ermənistan tərəfinin ehtiyacları nəzərə alınmaqla Rusiya Federasiyası hökuməti xətti ilə 40 ton humanitar yardım hazırlanıb və yaxın günlərdə İrəvana çatdırılacaq”, - Zaxarova bildirib.
Onun sözlərinə görə, yaxınlaşan qış dövrünü nəzərə alaraq, humanitar yükün tərkibinə onlarla evi enerji ilə təmin edə bilən mobil elektrik stansiyası da əlavə edilib:
“Gələcək humanitar aksiya Rusiya tərəfinin Qarabağ köçkünlərinə dəstək üçün atdığı bir sıra addımları tamamlayır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
575 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...