Tərtərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib
Tərtər rayonunda Ulu Öndər Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Tərtər rayonunda da xalqımızın dahi oğlu, görkəmli siyasi xadim Heydər Əliyevin əziz xatirəsi ehtiramla anılıb.
Tədbirdə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər rayon təşkilatının və rayon Ağsaqqallar şurasının sədrləri, şəhid ailələri, qazilər, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimai birliklərin, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dünya şöhrətli siyasi xadimin əziz xatirəsi ehtiramla yad edilib.
Qeyd edək ki, bu il dünya şöhrətli siyasi xadim, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100, vəfatının 20-ci ildönümü qeyd olunur. 2023-cü ilin başlanğıcından etibarən istər respublika daxilində, istərsə də respublikadan xaricdə, eləcə də Tərtər rayonunda Ümummilli Liderin əziz xatirəsinə həsr olunmuş çoxsaylı tədbirlər keçirilib, bütün Azərbaycan xalqı ilə birlikdə tərtərlilər də tariximizdə müstəsna yeri olan dahi rəhbərin əziz xatirəsini ehtiramla yad ediblər.
Prezident İlham Əliyev uzun illər işğal altında olan torpaqları azad etməklə Heydər Əliyevin ən böyük arzusunu gerçəkləşdirib, 30 illik erməni işğalına, məcburi köçkünlərin intizarına, yurd həsrətinə son qoymaqla ata vəsiyyətini, öz xalqına verdiyi vədləri layiqincə yerinə yetirib.
378 dəfə oxundu