Ötən il Azərbaycan Türkiyədən pomidor alışını kəskin artırıb

Ötən il Azərbaycan Türkiyədən pomidor alışını kəskin artırıb
Ötən ilin yanvar-oktyabr aylarında Azərbaycan Türkiyədən pomidor alışını 419 dəfə artırıb.

“Report” Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, 10 ayda Azərbaycan Türkiyədən 66,44 min ABŞ dolları dəyərində 117,36 ton pomidor idxal edib. 2022-ci ilin müvafiq dövrünə nisbətən idxalın dəyəri 230 dəfə artıb.

Hesabat dövründə Türkiyənin Azərbaycana ixrac etdiyi pomidorun dəyəri və həcmi, ümumilikdə 2022-ci ildə ixrac olunan pomidorun dəyəri və həcmindən müvafiq olaraq 11 dəfə və 11,4 dəfə çoxdur.

Türkiyənin Cənub-Şərqi Anadolu İxracatçı Birliklərinin məlumatında isə bildirilib ki, 2023-cü ildə ölkənin pomidor ixracı 2022-ci ilə nisbətən 42,8 % artaraq 538 milyon 724 min ABŞ dollarına yüksəlib.

Qeyd edilən dövrdə Rumıniya, Ukrayna, Polşa, Almaniya, Bolqarıstan, Hollandiya, Böyük Britaniya, Seyşel Adaları, Rusiya, Danimarka, İspaniya, Azərbaycan, İtaliya, Qətər, Qazaxıstan, Estoniya, və Fransanın da olduğu 52 ölkəyə 588 min 418 ton pomidor ixracı həyata keçirilib.

Türkiyənin ötən il ən çox pomidor ixrac etdiyi ölkələr sırasında birinci yeri Rumıniya tutub. Belə ki, il ərzində Rumıniyaya 91 milyon 983 min ABŞ dolları dəyərində pomidor satılıb. Sıralamada ardıcıl olaraq Ukrayna, Polşa, Almaniya və Rusiya qərarlaşıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
275 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...