Qoşqar Təhməzlinin qardaşı 25 min manat cərimələnə bilər: Müqaviləsiz işçi işlədib?

Qoşqar Təhməzlinin qardaşı 25 min manat cərimələnə bilər:
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) rəhbəri Qoşqar Təhməzlinin biznesmen qardaşı külli miqdarda cərimə oluna bilər.

Qaynarinfo-nun məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən "Binə" Mənzil-Tikinti Kooperativinin (MTK) qanuni təmsilçisi və baş direktoru Təhməzli Ataş İlahi oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib olunub.

İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər 1000-2000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000-5000 manatadək, hüquqi şəxslər 20000-25000 manatadək məbləğdə cərimə edilir.

Ataş Təhməzli Dövlət Əmək Müfəttişliyi Xidmətinin qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət verib. İşə hakim Elməddin Hüseynovun sədrliyi ilə baxılacaq.

Əgər Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən protokol təsdiq olunarsa, Ataş Təhməzlini 25 min manata qədər cərimə gözləyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
222 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...