“Araz” supermarket gömrük qaydalarını pozub

“Araz” supermarket gömrük qaydalarını pozub
“Araz” supermarketlər şəbəkəsi ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.Tribunainfo.az xəbər verir ki, sözügedən market İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 485.2ci maddəsini pozub. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Marketlə bağlı işə Nəsimi Rayon Məhkəməsində baxılacaq. İş hakim Elməddin Hüseynovun icraatındadır.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...