Azərbaycanda məşhur karqo şirkəti bağlandı
Məhsulların xaricdən Azərbaycana daşınmasını həyata keçirən məşhur "Eyol" karqo şirkəti bağlanıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, şirkət heç bir səbəb açıqlamadan bir müddətdir fəaliyyətini dayandırıb.
Karqo şirkətinin paytaxtın Koroğlu Rəhimov küçəsində yerləşən əsas filialı da bağlanıb.
İstifadəçilərə Türkiyədə fəaliyyət göstərən "Eyol" anbarının bağlandığı və son reysin iyulun 5-də Bakıya çatdırıldığı barədə mesaj vasitəsilə bildiriş göndərilib.
Şirkət bildirişdə eyni zamanda iyulun 4-dən etibarən anbara daxil olan bağlamalar üçün heç bir məsuliyyət daşımadığını açıqlayıb.
"Eyol"dan çatdırılma gözləyən istifadəçilər isə bağlamalarının digər karqo şirkətlərinə yönləndirildiyini söyləyirlər.
Məlumat üçün bildirək ki, "Eyol"un rəsmi instagram və feysbuk hesabları da iyun ayının sonlarından etibarən fəaliyyətini dayandırıb, xeyli sayda istifadəçinin həm mesajları, həm də rəyləri cavabsız qalıb. Bununla yanaşı karqo şirkətinin əlaqə telefonları da işləmədiyindən bağlantı yaratmaq mümkün olmayıb.
Xatırladaq ki, "Eyol" Məhdud Məsuliyyətli Cəmiyyəti 2021-ci ilin aprelində dövlət qeydiyyatına alınıb. Şirkətin qanuni təmsilçisi və direktoru Yusifli Tuqay Vüqar oğludur.
345 dəfə oxundu