"Oğlumun yolunu davam etdirəcəyəm" - Deputat seçilən şəhid anası

"Oğlumun yolunu davam etdirəcəyəm" -
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyası Ali Məclisə seçkilərin dairələr üzrə lider namizədlərini açıqlayıb. Onların arasında ən yüksək səs toplayan 34 saylı Şahbuz şəhər Seçki Dairəsindən namizəd Rüstəmova Gülşad Qəzənfər qızıdır.

Vətən müharibəsi şəhidi, leytenant Emin Sadiqovun anası Gülşad Rüstəmova öz xoş təəssüratlarını Bakupost.az -la bölüşüb. O, seçkilərin çox şəffaf keçdiyini bildirib:
“Seçkilər çox şəffaf keçdi. Bir şəhid anasının deputat seçilməyi bu şəffaflığın yəqin ki, ən bariz nümunəsidir”.

G.Rüstəmli deputat kimi öncə şəhid ailələri və qazilərin probleminin həlli istiqamətində çalışacağını deyib:
“Şəhidlərimin, qazilərimin və xalqımın səsi olacağam. Dövlətimlə xalqım arasında körpü olacam. Biz deputat olaraq xalqın səsiyik”.

Şəhid anası seçkidən öncə şəhid oğlunun məzarı başında ondan hallalıq istədiyini deyib:

“Şəhidim hər zaman başımın üstündədir. Seçkidən öncə məzarı başına gedib dedim ki, oğlum, əgər bunun sənə xeyri olacaqsa, adına xələl gətirməcəyəmsə, qoy seçilim. Allahdan xeyirlisi nədirsə, qoy o olsun. Deputat seçiləndən sonra da oğlumun məzarı başına gedib şəhid və qazi ailələrinin xidmətçisi olacağımı dedim. Allahıma da, şəhidlərimin ruhuna da çox inanıram. Bu gün mənim üçün deputat olmaq ad-san məsələsi deyil. Oğlum Emilin mənə verdiyi şəhid anası adından üstün bir ad tanımıram. Bu dörd ildə o şəhid anası adına layiq necə yaşamışamsa inşallah, bundan sonra da elə yaşayaram. Mənim maddi olaraq heç nəyə ehtiyacım yoxdur. Yeganə övladımı vətən uğrunda şəhid vermişəm. Bütün Azərbaycana da canım fəda olsun. Oğlumun yolunu davam etdirəcəm”.


"Oğlumun yolunu davam etdirəcəyəm" -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
165 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...