Kobaxidze Makrona "Məhv edilmiş Ukrayna"nın taleyini düşün" dedi

Kobaxidze Makrona "Məhv edilmiş Ukrayna"nın taleyini düşün" dedi
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Fransa Prezidenti Emmanuel Makrona diqqəti Qərb ölkələrinin "məhv etdiyi" Ukraynaya yönəltməyi məsləhət görüb.

“Report” yerli mediaya istinadən xəbər verir ki, İ.Kobaxidze bunu Makronun Rusiyanın Gürcüstanda seçkilərlə bağlı qeyri-sabitlik yaratması barədə bəyanatına dair jurnalistlərin sualına cavab verərkən deyib.

"Mən real problemdən danışıram və yalanı şərh edə bilmərəm. Hamının üzləşdiyi problemi şərh edirəm – bu, məhv edilmiş Ukraynadır", - İ.Kobaxidze bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...