Ötən il Azərbaycanda ən çox hansı xəstəliklər ölümə səbəb olub?

Ötən il Azərbaycanda ən çox hansı xəstəliklər ölümə səbəb olub?


Ötən il Azərbaycanda ən çox hansı xəstəliklərin ölümə səbəb olduğu məlum olub. Dövlət Statistika Komitəsindən "Report"a verilən məlumata görə, keçən il ölkədə qeydə alınan 54,7 min ölüm halının ümumi sayına nisbətən qan dövranı sisteminin xəstəliklərindən ölənlər 60,2 faiz təşkil edib.

Bundan başqa, yenitörəmələr 13,3, həzm sisteminin xəstəlikləri 5,2, travmalar, zəhərlənmələr və xarici səbəblərin təsirinin digər nəticələri 4,6, tənəffüs orqanlarının xəstəlikləri 3,2, infeksion və parazitar xəstəliklər 1, digər səbəblər isə 12,5 faiz ölümə səbəb olub. Xatırladaq ki, 2014-cü illə müqayisədə keçən il əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,9-dan 5,7-yə qədər azalıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
921 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...