Bakının "Lokomotiv" klubu Avrokuboklarla vidalaşıb

Bakının "Lokomotiv" klubu Avrokuboklarla vidalaşıb


Bu gün qadın voleybolçular arasında Çempionlar Liqasının 1/6 final mərhələsinə yekun vurulub. "Report" xəbər verir ki, Azərbaycanın "Lokomotiv" klubu cavab qarşılaşmasında İsveçrə təmsilçisi "Volero"nun qonağı olub.Qarşılaşma "Volero"nun 3-1 hesablı qələbəsiylə başa çatıb. İlk setdə inamlı oyun nümayiş etdirən komandamız hissəni 25-21 hesabı ilə öz xeyrinə başa vursa da, növbəti setlərdə zəif təsir bağışlayaraq Avrokuboklarla vidalaşıb. Bakıda baş tutan ilk görüş "Lokomotiv"in 3:2 hesablı qələbəsi ilə yekunlaşmışdı.

Azərbaycan yığmasının sabiq voleybolçusu Natalya Məmmədovanın da heyətində yer aldığı İsveçrə komandası 1/3 finalda Türkiyə "Vakıfbank"ı ilə üz-üzə gələcək.

Çempionlar Liqası, 1/6 final, cavab görüşü

"Volero" - "Lokomotiv" - 3:1 (21:25, 25:18, 25:14, 25:19)
Hakimlər: Nurper Özbar (Türkiyə), Sanya Mikloşiç (Sloveniya)
Sürix. "Saalsporthalle".
İlk görüş - 2:3



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
884 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...