"Gürcüstana ümumilikdə 3 mlrd. kubmetr Azərbaycan qazı veriləcək"

"Gürcüstana ümumilikdə 3 mlrd. kubmetr Azərbaycan qazı veriləcək"


Dünən Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə Gürcüstan hökuməti arasında imzalanan müqavilələrdən sonra Gürcüstana ümumilikdə ildə 3 mlrd. kubmetr Azərbaycan qazı veriləcək.

"Report" xəbər verir ki, bu barədə Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev jurnalistlərə açıqlamasında bildirib. O qeyd edib ki, ildə 1,5 mlrd. kubmetr həcmində SOCAR-ın hasil etdiyi qaz Hacıqabul-Qazax-Qardabani boru kəməri ilə, 1,5 mlrd. kubmetr isə "Şahdəniz" yatağından hasil olunan qaz Cənubi Qafqaz Boru Kəməri vasitəsilə Gürcüstana nəql olunacaq. "Yəqin ki, bununla da gələcək 10 ildə Gürcüstanın əlavə qaz tələbatı olmayacaq. Bununla da problem həll olunur".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
858 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...