İqtisadiyyata müxtəlif kanallarla likvidlik verilir -

İqtisadiyyata müxtəlif kanallarla likvidlik verilir -


İqtisadi artıma dəstək vermək və maliyyə sabitliyini qorumaq üçün Mərkəzi Bank 2015-ci ildə iqtisadiyyata müxtəlif kanallarla (bankların yenidən maliyyələşdirilməsi, hökumət zəmanəti ilə mühüm sosial-iqtisadi əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsi, məcburi ehtiyatların azaldılması, banklardan və qeyri-bank kredit təşkilatlarından qiymətli kağızların alınması, svop əməliyyatları və s.) likvidlik verib.

“APA-Economics” xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatında qeyd olunub.

Məlumata əsasən, hesabat dövründə monetar idarəetmənin institusional bazasının təkmilləşdirilməsi davam etdirilib. Mərkəzi Bankın mandat və funksiyalarına uyğun istiqamətlər üzrə tədqiqatlar aparılıb, mövcud proqnozlaşdırma və modelləşdirmə aparatı daha da təkmilləşdirilib. Qlobal proseslərin milli iqtisadiyyata ötürücülüyünün makro simulyasiyaları aparılıb, ekonometrik qiymətləndirmə və proqnozlaşdırma vasitələri inkişaf etdirilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
953 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...