Müdafiə naziri döyüşə hazırolma ilə bağlı tapşırıq verdi

Müdafiə naziri döyüşə hazırolma ilə bağlı tapşırıq verdi


Martın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, müşavirədə cari vəziyyət təhlil edilərək konkret tapşırıqlar qoyulub.

Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıq verib.

Qeyd edək ki, bu gecə təmas xəttində işğalçılarla döyüşdə Azərbaycan ordusunun kiçik çavuşu Abbaszadə Elşad Raquf oğlu şəhid olub. Bundan başqa, Müdafiə Nazirliyi Silahlı Qüvvələrimizin bölmələri tərəfindən Ermənistan silahlı qüvvələrinə məxsus canlı qüvvə və hərbi texnikanın məhv edilməsi ilə bağlı görüntüləri də yayıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
857 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...