Şəhid pilotumuzun övladları təhsil haqqından AZAD EDİLDİLƏR

Şəhid pilotumuzun övladları təhsil haqqından


Şəhid hərbi pilot, mayor Təbriz Musazadənin xatirəsi bu gün Türk Dünyası Bakı Atatürk Liseyində qeyd edilib. Şəhidimizin iki övladı Tayfun və Onur həmin liseydə təhsil alır. Lent.az-ın liseydən aldığı məlumatda bildirilir ki, tədbirdə çox önəmli qonaqlar da iştirak edib. Belə ki, Azərbaycan Hərbi Hava qüvvələrinin yüksək rütbəli şəxsləri, həmin gün Təbrizlə havaya qalxan 5 nəfər pilot, Türk Dünyası Araşdırmaları Vəqfinin dekanı, şəhidimizin bütün ailəsi, yaxın adamları Tayfunla Onura birgə dəstək olublar.

Türk Dünyası Bakı Atatürk Liseyinin müdiri Ali Devrim tədbir iştirakçılarına Türk Dünyası Araşdırmaları Vəqfinin başqanı Közhan Yazqanın mesajlarını çatdırıb. A.Devrim qeyd edib ki, indən sonra Tayfun və Onurun bütün təhsil haqları və təhsilləri üçün lazımlı nə varsa Türk Dünyası Araşdırmaları Vəqfi öz üzərinə götürüb.

Tədbirdə çox həssas məqamlar yaşanıb. Rütbəli hərbiçilərimizin çıxışı lisey şagirdlərində ruh yüksəkliyi yaradıb. Hətta bir çox şagird pilot olacağı qərarına gəliblər. Həmin gün Təbrizlə birgə göylərə qalxan pilotların çıxışları isə tədbir iştirakçılarını xeyli kövrəldib. Onu da qeyd edək ki, şəhidimiz dəfn edilərkən də Tayfun və Onurun bütün müəllimləri və liseydəki dostları onunla birlikdə idi. Lent.az tədbirdən çəkilən fotoları sizə təqdim edir:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1112 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...