“Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi deyir yeni maşın verilsin”

“Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi deyir yeni maşın verilsin”


“Qarabağ əlillərinə mənzillər verilir. Sadəcə, burada bir məsələ var, mənzillər ilk olaraq, l qrup əlillərə verilməlidir”.
“Report”un xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli komitənin iclasında deyib.
O, əlillərin bəzi məsələlərlə bağlı narazı olduğunu da qeyd edib: “Hansısa əlil 15 il bundan əvvəl maşın alıb, indi həmin maşın xarab olub, deyir ki, yeni maşın verilsin. Bir dəfə maşın verilib, dövlət bundan artıq nə etməlidir?! Bu, doğru yanaşma deyil. Nə edirsən, yenə də narazı qalırlar”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
970 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...