Nərimanovda 9 may tədbiri - FOTOLAR

Nərimanovda 9 may tədbiri -


Nərimanov rayonunda faşizm üzərində Qələbənin 71-ci ildönümü qeyd edilib. 9 may 2016-cı il tarixdə Nərimanov rayonunda yerləşən “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksində faşizm üzərində Qələbənin 71-ci ildönümü ilə əlaqədar mərasim keçirilib.

Böyük Vətən müharibəsi veteranları, Milli Məclisin deputatları, MDB ölkələrinin ölkəmizdəki səfirlərinin və digər akkreditə olunmuş nümayəndələrinin, hərbçilər, gənclər, rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi və Böyük Vətən Müharibəsində, həmçinin torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Sonra əllərində MDB dövlətlərinin bayraqlarını tutmuş gənc şahinlərin Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önündən fəxri keçidi olub.

Tədbirdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev Azərbaycan xalqının faşizm üzərində tarixi Qələbəyə böyük töhfə veriyini, bu şanlı zəfərin əldə olunmasında çox böyük payı olan xalqımızın 640 mindən çox oğul və qızını cəbhəyə yola saldığını, onların təxminən yarısının döyüşlərdə həlak olduğunu bildirərək, həmin dəhşətli müharibə zamanı göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox vətəndaşının Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 170 mindən çox əsgər və zabitimizin müxtəlif orden və medallarla təltif edildiyini vurğulayıb.

A.Fərzəliyev xalqımızın faşizmə qarşı mübarizədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də qəhrəmanlıq göstərdiyini qeyd edərək, şanlı Qələbəyə neft Bakısının töhfəsinin də əvəzsiz olduğunu, müharibə illərində Sovet İttifaqında hasil olunan neftin dörddə üç hissəsi, aviasiya benzini və yüksək keyfiyyətli motor yağlarının 85-90 faizinin Azərbaycanın payına düşürdüyünü, İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin tam əksəriyyətinin Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdiyini diqqətə çatdırııb.
Natiq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətdə olduğu bütün dövrlərdə müharibə veteranlarının problemlərinə böyük diqqət və qayğı ilə yanaşdığını, məhz Ulu Öndərin diqqət və qayğısı nəticəsində İkinci Dünya müharibəsi iştirakçılarının mənəvi haqlarının özlərinə qaytarıldığını və bu dahi şəxsiyyətin xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdışından sonra ölkəmizdə Qələbə Gününün qeyd olunduğunu söyləyib.

Ulu Öndərimizin bu siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən A.Fərzəliyev, ölkəmizdə müharibə veteranlarına göstərilən dövlət qayğısını sosial siyasətin əsas istiqamətlərindən biri kimi səciyyələndirib, həmçinin Qələbə günü ərəfəsində dövlətimizin başçısının Sərəncamı ilə müharibə iştirakçılarına, onların ailələrinə birdəfəlik maddi yardımın edilməsinin bu qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

Sahəsi 11 min 220 kvadratmetr olan ərazidə inşa olunan, müharibə zamanı Bakıdakı hospitallarda vəfat etmiş, arasında müxtəlif xalqların nümayəndələrinin də mövcud olduğu 1462 qəhrəman döyüşçünün dəfn olunduğu “Qardaşlıq Məzarlığı” Əbədi Xatirə Kompleksinin dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində yaradıldığını nəzərə çatdıran icra başçısı, ölkəmizin bütün sahələrində, o cümlədən də hərbi sahədə əldə olunmuş nailiyyətlərini qeyd edərək, mənfur düşməni böyük ruh yüksəkliyi ilə hər an məhv etməyə qadir yenilməz və mütəşəkkil ordumuzun olduğunu, vaxtilə babalarımızın qəhrəmanlıq göstərərək faşizm üzərində əldə etdiyi möhtəşəm qələbənin davamının tezliklə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəbərliyi altında bu günkü gənc nəslin təmsil etdiyi ordumuzun sayəsində torpaqlarımızın işğaldan azad olunması və son nəticədə erməni faşizmi üzərində qələbə ilə bitəcəyinə əminlik ifadə edib.

MDB ölkələri səfirləri adından veteranları təbrik edən Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vladimir Doroxin Azərbaycan dövlətinin rəhbərliyinin keçmiş sovet ölkələrinin müştərək tarixi ilə bağlı mövqeyinin yüksək qiymətləndirildiyini xüsusi qeyd edib. Səfir, Azərbaycanın müharibə illərində möhtəşəm Qələbənin əldə olunmasında verdiyi layiqli töhfələri böyük qəhrəmanlıq adlandırıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Adil Əliyev Böyük Vətən müharibəsi veteranlarına göstərilən diqqət və qayğıdan söhbət açaraq, tezliklə ən böyük zəfərin Qarabağda əldə olunacağını və buna ordumuzun qadir olduğunu bildirib. Tədbirdə müharibə veteranı Məhəmməd Hüseynov çıxış edərək göstərilən yüksək diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığnı bildirib. Sonda vətənpərvərlik mövzusunda mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının çıxışı böyük maraqla qarşılanıb. Tədbir iştirakçıları 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidənin önünə əklil qoyub, gül dəstələri düzüblər.


Nərimanovda 9 may tədbiri -
Nərimanovda 9 may tədbiri -
Nərimanovda 9 may tədbiri -
Nərimanovda 9 may tədbiri -
Nərimanovda 9 may tədbiri -
Nərimanovda 9 may tədbiri -



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
923 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...