BP nümayəndəsi: «Qazın bahalaşmasını gözləyirik»

BP nümayəndəsi: «Qazın bahalaşmasını gözləyirik»


Qarşıdakı 3-4 il ərzində dünyada təbii qazın qiyməti artacaq. Fins.az-ın məlumatına görə, bu barədə BP-nin baş iqtisadçısı Spenser Deyl bildirib. Onun sözlərinə görə, hazırda dünya bazarında təbii qazın qiyməti çox aşağıdır: «Bunun əsas səbəblərindən biri Asiyada qaza olan tələbin zəifləməsidir». S.Deylin sözlərinə görə, bu proses xüsusilə Asiyada baş versə də, dünyanın digər hissələrində də qazın qiymətinə mənfi təsir edir.

Amma BP nümaynədəsi qazın qiymətinin artacağını gözləyir: «Zənnimcə 3-4 illik müddət lazımdır ki, proseslər yerinə qayıtsın. Bunun arxasında konkret səbəb var – qaza olan tələb yetərincə artacaq».

Baş iqtisadçı bildirib ki, dünyada son vaxtlar maye qaz istehsalının artması da təbii qazın qiymətinin artmasına manne ola bilməyəcək: «Çünki maye qazın istehsalı bahalı prosesdir. Yəni maye qaz yaratmaq da pul tələb etdiyindən qazın qiymətində artım olacaq».



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
894 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...