Qaradağda yeni iş yerləri açılıb

Qaradağda yeni iş yerləri açılıb


“Qaradağ rayonunda əhalinin məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin yaradılması istiqamətində qarşıya qoyulmuş tapşırıqların icrası uğurla davam etdirilir”

26 yanvar 2016-cı il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən “Azərbaycan Respublikasının regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası istiqamətində Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən məqsədyönlü tədbirlər davam etdirilməkdədir.

Əhalinin ərzaq və qeyri ərzaq məhsullarına olan təlabatının yerli məhsullar istehsalı hesabına ödənilməsi və rəqabətəqabiliyyətli ixracyönümlü məhsul istehsalına nail olunması istiqamətində rayon ərazisində ardıcıl məqsədyönlü işlər aparılır.

Rayonun iqtisadi potensialı və xüsusiyyətləri nəzərə alınaraq iqtisadi layihələr hazırlanmış və qəsəbələrdə mütamadi olaraq keçirilən səyyari görüşlərdə iqtisadi cəhətdən səmərəli hesab olunan layihələr haqda sahibkarlar məlumatlandırılmaqla onlara hüquqi informasiya dəstəyi göstərilir.

Rayonun Ələt qəsəbəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Fidan” şirkəti tərəfindən 1 ha torpaq sahəsində tərəvəz məhsulları istixana kompleksinin və müasir ət kəsimi sexinin yaradılması nəzərdə tutulmuşdur.

Əhalinin məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin yaradılması məqsədilə rayon ərazisində kiçik həcmli layihələrin reallaşdırılması ilə yanaşı Dövlət Proqramında nəzərdə tutulan digər sahələrin, o cümlədən alçıpan, kərpic, daş yunu və sair istehsal müəssisəsinin yaradılması istiqamətində rayonda fəaliyyət göstərən sahibkarlar arasında təşviqat və marifləndirmə işləri davam etdirilir.

Dövlət başçısı cənab İlham Əliyevin diqqət və qayğısı nəticəsində ölkəmizin bütün regionlarında olduğu kimi, Qaradağ rayonunda da qeyri məşğul əhalinin yeni iş yerləri ilə təmin olunması istiqamətində bir sıra mühüm addımlar atılmışdır.

Belə ki, cari ilin ötən son 4 ayı ərzində Qaradağ rayonunda fəaliyyət göstərən dövlət və özəl müəssisələr tərəfindən 1076 nəfər qeyri məşğul əhali yeni iş yerləri ilə təmin edilmişdir. Ölkə başçısı cənab İlham Əliyevin ölkədə əhalinin məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması istiqamətində göstərdiyi diqqət və qayğı rayon ictimayəti tərəfindən böyük minnətdarlıq hissi ilə qarşılanmışdır.
Yeni yaradılmış iş yerləri qəsəbələrin abadlaşdırılmasına da öz müsbət təsirini göstərməkdədir.

Hazırda rayonun Sahil qəsəbəsində tikiş və xalça toxuma sexində son tamamlama işləri aparılmaqdadır. Həmin sexdə 40 nəfərin yeni işlə təmin edilməsi nəzərdə tutulmuşdur.

Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizin sosial-iqtisadi inkişafı və tərəqqisi istiqamətində qarşıya qoyulmuş vəzifə və tapşırıqların icrası prioritet istiqamət olaraq Qaradağ Rayon İcra Hakimiyyəti rəhbərliyinin fəaliyyətinin əsasını təşkil edir və bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər davam etdirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1052 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...