BDU-da Elmi Şuranın bu tədris ili üçün son genişləndirilmiş iclası keçirildi FOTOLAR
Bakı Dövlət Universitetində Elmi Şuranın genişləndirilmiş iclası keçirilib. Universitetin mətbuat xidmətindən GUNDEMİNFO.AZ-a verilən məlumata əsasən tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov respublikamızda təhsilə dövlət qayğısından, prezident İlham Əliyevin bu sahənin inkişafı istiqamətində imzaladığı fərman və sərəncamlardan bəhs edib. Azərbaycanın beynəlxalq aləmdə tanınmasında mühüm rol oynayan “Bakı-2015” Birinci Avropa Oyunlarının əhəmiyyətindən danışan rektor, Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xidmətlərini yüksək qiymətləndirib, oyunlarda könüllü olaraq iştirak edən 3000 BDU tələbəsinin fəaliyyətinə diqqət çəkib.
Rektorun çıxışından sonra Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva 2014/2015-ci tədris ilinin yay imtahan sessiyasının nəticələri, yay tədris və istehsalat təcrübələrinin keçirilməsi haqqında məruzə edib, Quba Tədris-Təcrübə və İstirahət Mərkəzindən hazırlanmış video çarxı iclas iştirakçılarına təqdim edib.
Sonra çıxışlar olub və prorektor İradə Əliyevanın məruzəsi yüksək qiymətləndirilib.
Elmi Şuranın iclasında elmi adların verilməsi, yay imtahan sessiyasında iştirak edən əlaqələndiricilərə mükafatların verilməsi, tədris planlarının təsdiqi, o cümlədən yubilyarların təbrik edilməsi, həmçinin ilin nəticələrinə görə seçilənlərin mükafatlandırması kimi məsələlərə baxılıb.
Qeyd edək ki, ilin nəticələrinə görə Şərqşünaslıq və Kimya fakültələrinin dekanları, professorlar Elxan Əzizov və Abdulsəyid Əzizov “İlin dekanı”, Ekoloji kimya kafedrasının müdiri, professor Sevinc Hacıyeva və Radioteleviziya kafedrasının müdiri, dosent Aynur Kərimova “İlin kafedra müdiri”, Tətbiqi riyaziyyat kafedrasının professoru İbrahim Nəbiyev və Cinayət prosesi kafedrasının müdiri Firuzə Abbasova “İlin müəllimi” adlarına layiq görülüblər.
3189 dəfə oxundu