Maral Tahirqızının apellyasiya şikayəti təmin edilməyib

Maral Tahirqızının apellyasiya şikayəti təmin edilməyib


Bakı Apellyasiya Məhkəməsində həbsdə olan müğənni Maral Tahirqızının apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, məhkəmə M. Tahirqızının şikayətini təmin etməyib. Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin istintaq şöbəsində başlanmış Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib və onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Xətai Rayon Məhkəməsinin hökmü ilə M. Tahirqızı 3 il müddətinə azadlıdan məhrum edilib. M. Tahirqızı məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan M. Tahirqızı apellyasiya şikayəti verərək bəraət istəyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1251 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...