Ceyms Bondun əşyaları hərraca çıxarılacaq

Ceyms Bondun əşyaları hərraca çıxarılacaq


Fevralın 18-də Londonda “Christies” hərrac evi "007: Spektr" filminə həsr olunmuş tematik hərrac təqdim edəcək.

Avropa.info buro247.az saytına istinadla xəbər verir ki, ümumilikdə satışa 24 əşya çıxarılacaq. Top-lotların arasında xüsusi olaraq film üçün hazırlanmış Aston Martin DB10 avtomobili də var. Avtomobildə Deniel Kreyqin şəxsən imzaladığı xüsusi lövhəcilər də yer alıb. Maşının dəyəri 1,15 milyon funt sterlinq arasında dəyişir. Hərracın daha bir top-lotu Kreyqin Bond rolunda oynayarkən taxdığı “Omega Seamaster 300” qol saatı olacaq. Eləcə də, filmdə Kyu rolunda Ben Uişounun istifadə etdiyi noutbuk, günəş eynəkləri, taxma düymələr də yer alıb.

Məlumat üçün bildirək ki, sərgilənən lotların satışından əldə edilən vəsait xeyriyyə məqsədlərinə, o cümlədən “Sərhədsiz həkimlər” və minaların təmizlənməsi üzrə BMT Xidmətinə (UNMAS) yönəldiləcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1015 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...