“Özümü yaxşı hiss edirəm” - Ramiz Əzizbəyli

“Özümü yaxşı hiss edirəm” -


Xalq artisti Ramiz Əzizbəyli vəziyyətinin ağırlaşması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Aktyor Modern.az saytına danışarkən özünü yaxşı hiss etdiyini deyib: “Şükürlər olsun, yaxşıyam. Müalicəm ev şəraitində davam edir”. Qeyd edək ki, bir sıra mətbuat orqanları aktyorun vəziyyətinin ağır olduğunu yazmışdı. Xatırladaq ki, beynin işemik insultu xəstəliyindən əziyyət çəkən xalq artisti həm də şəkər xəstəsidir. 67 yaşlı xalq artisti, aktyor və kinorejissor Ramiz Əzizbəyli "Bəyin oğurlanması", "Alma almaya bənzər", "Yol əhvalatı" və digər bədii filmlərdə yaratdığı onlarla obrazı, ekranlaşdırdığı "Bəxt üzüyü" filmi ilə xalqın böyük sevgisini qazanıb.

Azərbaycan kino sənətinin inkişafındakı xidmətlərinə görə o, 2000-ci ildə əməkdar artist, 2008-ci ildə isə xalq artisti fəxri adlarına layiq görülüb, Prezident təqaüdçüsüdür.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1361 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...