Mələkxanım Əyyubovanın işdən çıxarılan bacısı: "İcra başçımız nazirə müraciət edib..."

Mələkxanım Əyyubovanın işdən çıxarılan bacısı:


Şamaxı rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri vəzifəsindən azad olunan Məleykə Kamilova işdən çıxarılmasına münasibət bildirib.

O, Moderator.az-a verdiyi açıqlamada bildirib ki, oğlu xəstə olduğuna görə işdən çıxıb: “Şamaxı Rayon Mədəniyyət və Turizm Şöbəsinin məsləhətçisi Pərviz Məmmədov açıqlama verərək bildirib ki, mən öz ərizəm əsasında işdən çıxmışam. Və mən ağrıdığıma görə, səhhətim işlməyə imkan verməyib. Hətta mənə yeni iş təklif olunub, ancaq mən işdən imtina etmişəm. Bildirmək istəyirəm ki, bəli, mən öz ərizəmə əsasən işdən azad olunmuşam. Oğlum xəstəydi və onu müalicəyə aparacaqdım deyə ərizə yazmışam. Ərizəmi bir ay müddətində geri götürməmişəm və ona görə də işdən azad olunmuşam. Səhhətimə gəlincə, mən xəstə deyiləm, bəlkə də orada hamıdan sağlam adam mənəm. Mənə təklif olunan işdən də imtina etməmişəm, mən işləmək istəyirəm. Yenidən mədəniyyət sahəsində işləyəcəyəm, işləməsəm qala bilmərəm. Yeni işlə təmin olunmağımla bağlı rayonumuzun icra başçısı mədəniyyət və turizm nazirimiz cənab Əbülfəz Qarayevə məktub ünvanlayıb. Mən də məktuba veriləcək cavabı gözləyirəm”.

Qeyd edək ki, Məleykə xanım xalq artisti Mələkxanım Əyyubovanın bacısı, müğənni Mirkamil Kamilovun anası, müğənni Ramal İsrafilovun isə bibisidir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1320 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...