Könül Xasıyeva ağır vəziyyətdədir? - Açıqlama

Könül Xasıyeva ağır vəziyyətdədir? -


Xalq artisti, tanınmış muğam ifaçısı Könül Xasıyeva ağır günlər yaşaması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

O, AzNews.az-a açıqlamasında yayılan məlumatların səhv anlaşıldığını bildirib: “Bildirirlər ki, səhhətim ağırdır. Ağ yalandır. Mən o verilişdə belə ifadə islətməmişəm. Demişəm ki, sınaq qarşısındayam. Açıqlamaq istəmirəm, yaxınlarımdan biri xəstə idi, o da artıq qaydasına qoyulub. Mənim və ailəmin sağlığı yerindədir”.

Qeyd edək ki, K.Xasıyeva “Star life” verilişinə qonaq olub. Həmin verilişdə o, böyük bir sınaq qarşısında olduğunu və ümidini tək Allaha bağladığını deyib. Onun bu açıqlaması isə cəmiyyətdə muğam ifaçısının səhhətində problem olması kimi yozulub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1499 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...