Xalq artistinin yardıma ehtiyacı var

Xalq artistinin yardıma ehtiyacı var


Xalq artisti, tanınmış diktor Sabir Ələsgərovun vəziyyəti yaxşılaşmağa doğru gedir. Bunu anspress-ə onun qızı Mehriban Ələsgərova deyib.

"Allaha çox şükür ki, hazırda bir az irəliləyiş var, atamın səhhəti yavaş-yavaş düzəlir. Hələ yanına buraxmırlar. Amma mən oradayam. Arada həkimlə əlaqə saxlayıram". Mehriban xanım bildirdi ki, Sabir Ələsgərovun müalicəsi üçün tələb olunan maddi vəsaitin toplanması üçün sosial şəbəkədə elan verilsə də hələlik heç kim zəng edib maraqlanmayıb. Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov isə anspress-ə bildirdi ki, qurum tezliklə xalq artistinin müalicəsi ilə maraqlanacaq. Vüqar Şıxməmmədov qeyd etdi ki, gün ərzində bu barədə məlumat veriləcək.

Xalq artisti Sabir Ələsgərovun səhhəti bir neçə gün öncə pisləşib. Onun böyrəklərində problem yaranıb və 1 saylı Şəhər Kliniki Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Sosial şəbəkədə xalq artistinə maddi kömək göstərmək üçün kampaniya başlayıb. M.Ələsgərova xalq artistinə maddi kömək etmək istəyənlərin 055-318-13-03, 050-550-08-71 nömrəli telefonla əlaqə saxlaya biləcəklərini deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...