Aygün Kazımova nazir oğlu ilə sevgisindən danışdı FOTOLAR
Xalq artisti Aygün Kazımova "ATV maqazin onlarla" verilişinin "İnanmayacaqsınız" rubrikasında şəxsi həyatından danışıb. Musavat.com xəbər verir ki, xalq artisti ad çəkmədən, illər öncə nazir oğlu ilə yaşadığı sevgidən danışıb:
“Bir sevgim var idi, bir-birimizi çox sevirdik. O, məşhur iş adamının yeganə övladı idi. Gözəl sevgimiz var idi, küsəndə də, dalaşanda da gözəl idi. Məncə, onun valideynləri övladlarını itirməkdən qorxdular. O konsertlərimə gəlib məni dinləyirdi. Ona pisliyim dəyməyib. Bizi sevə-sevə ayırdılar, onu xaricə göndərdilər. Onun boyunbağında gözüm qalmışdı, istəsəm də mənə vermirdi. Onun eynisini mənə düzəltdirsə də, o boyunbağını istəyirdim. Biz ayrılanda boyunbağını mənə verdi və getdi. Hazırda o boyunbağı məndədir.
Biz ayrıldıq, sevgi bitdi. Valideynləri onu güclə evləndirdi, bir övladı doğuldu. Taleyimizlə barışdıq. O həyat yoldaşından ayrıldı və bir müğənni ilə evləndi. O müğənni üçün ailəsini dağıtdı. O müğənninin səhnəyə gəlməsində mənim çox böyük rolum olub. Onun qismətində müğənni almaq varmış. Onların xoşbəxt olmasını istəyirəm. O şəxs haqda həmişə pozitiv danışıram. Çünki mənimlə kişi kimi ayrıldı”.
Xalq artisti ad çəkməsə də, geniş ictimaiyyətə bəllidir ki, o, Sənaye və energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə sevgili olub. F. Əliyev hazırda müğənni Safura Əlizadə ilə evlidir. Türkiyədə yaşayan cütlüyün bir oğlu var.
1710 dəfə oxundu