Rəqsanənin qızının atası hansı vəzifəni daşıyır?- AÇIQLAMA

Rəqsanənin qızının atası hansı vəzifəni daşıyır?-


Müğənni Rəqsanə İsmayılova kiçik qızı Yağmurun atası ilə bağlı maraqlı açıqlama verib.

"ATV maqazin onlarla" verilişində R.İsmayılova bildirib ki, Yağmurun atası ilə ən çətin məqamlarında tanış olub: "Bu günə qədər uşağımın atası haqqında heç vaxt danışmamışam. Yağmurun atasını elə bir vaxtda tanıdım ki, sadəcə ona ehtiyacım var idi. Onu sevməmişəm, ondan ötrü ölməmişəm. Sadəcə ona ehtiyacım var idi. Maddi vəziyyətim yaxşı deyildi. Deyim ki, məndən ötrü nələrsə edib, yox, yalan olar. O vaxtdı ilk müğənni idim ki, "Range Rover" sürürdüm. Birdən-birə dağın başından elə bil aşağı düşdüm. Həmin ərəfədə Yağmurun atası ilə tanış oldum. Hamilə qaldım və anam mənimlə dava etdi ki, bu uşağı dünyaya gətirsən hamı sənə nə gəldi deyəcək. Amma dedim ki, nə olur-olsun o uşağı dünyaya gətirəcəyəm. O insan həmişə Yağmurun yanında olub. Bu gün də o qızının arxasınca düşür, özünü öldürür, baxır ona. Amma mən istəmirəm. Hamı bilir artıq Yağmur kimin qızıdır. Onun qohumları, yaxınları, tanışı hamısı bilir. Amma mən demirəm, başımı ağrıtmağa ehtiyacım yoxdur. Şəkilləri də var qızımla. 2 il bundan əvvələ gəlirdi-gedirdi, qızını görürdü".

Çox nüfuzlu şəxsdən risk edib uşaq dünyaya gətirən Rəqsanə bu addımından peşman olmadığını bildirib: "2 il bundan öncə uşağına hər şey edirdi. Sonradan mən istəmədim. Onun da ailəsi var. Mən heç vaxt onun ailəsinin dağılmağını istəmərəm. Röya jurnalı açılmışdı. Həmin ərəfədə jurnalistlərdən biri Təranədən müsahibə almışdı. Təranə müsahibədə Yağmurun atası haqqında hər şeyi danışmışdı. Ona görə də o jurnal satılmadı".

Videonu izləmək üçün aşağıdakı linkə daxil olun:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1528 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...