"Həyat yoldaşımın ailəsi məni qəbul etmir" - Sevda

"Həyat yoldaşımın ailəsi məni qəbul etmir" -


Övladımın bir yaşı tamam oldu, amma hələ görməyiblər”. Müğənni Sevda Sanəliyeva həyat yoldaşının ailəsinin onu gəlin kimi qəbul etmədiyini deyib. GUNDEMİNFO.AZ-ın musavat.com-a istinadən xəbərinə görə, sənətçi toyunu gizli etməsinin səbəblərini açıqlayıb:

“Hansı xanım öz toy xəbərini gizlətmək istəyər? Ərə getdiyimi açıq ürək ilə, qışqıra-qışqıra insanlara çatdırmaq istəyirdim. Gizlətməyimin səbəbi göz-nəzərdən qorxmaq deyildi. Həyat yoldaşımın ailəsi ilə problemlər var idi, biz də öz aramızda toy etmək istədik. Yoldaşım dedi ki, ailəsi evliliyimizi qəbul etdikdən sonra ictimaiyyətə bildirərik. Mən çox istəyərdim ki, 35 nəfərlik deyil, 250 nəfərlik toy olsun.

Onun ailəsi gəlməyəndən sonra mənim nəslimi ora yığmağım mənasız idi. Həyat yoldaşıma hörmət məqsədi ilə gizlətdim. Amma hələ də ailəsi məni qəbul etmir. Övladımın bir yaşı tamam oldu, amma hələ görməyiblər. Oğlumun atası-anası var, nənə və babası bizik.

Ailəni kiməsə görə qurmamışam, kimisə inandırmağa məcbur deyiləm. Nikah sənədlərimiz var, amma onları şayiə yayanları inandırmaq üçün istifadə etmədim. Çıxıb nikah sənədimizi mətbuatda göstərə bilərdim, lakin buna ehtiyac duymadım. Öz xoşbəxtliyim, gələcəyim üçün ailə qurmuşam. Ötən ilə qədər ancaq işləyirdim, əziyyət çəkirdim, qazanc haqda düşünürdüm. “Saxta evlilik edib” söhbəti çox iyrəncdir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1117 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...