Cəmi bir məhsulun köməyi ilə ağ saçlardan azad olun
Demək olar ki, bütün saç boyaları ağarmış saçları effektli şəkildə rəngləyir, amma onlar müxtəlif kimyəvi maddələrdən hazırlandığına görə saçların strukturunu güclü şəkildə zədələyir.
Ağ saçları kimyəvi rəngləyicilərsiz də, təbii vasitələrlə rəngləmək mümkündür. ExoBaku.com Rusiya KİV-lərinə istinadən sizə təbii, ev şəraitində hazırlanmış və uzun illər effektliyini sübut etmiş vasitəni təqdim edir.
Hazırlanması:
Bu vasitəni hazırlamaq çox asandır: 5 ədəd kartof götürün, onu təmizləyin. Qazan götürüb ora iki stəkan su tökün və 5 ədəd kartofun qabığını onun içərisinə atın. Sonra onu odun üstünə qoyun, qaynayana qədər gözləyin, ondan sonra zəif odda 5 dəqiqə saxlayın. Daha sonra qazanı odun üzərindən götürün və soyumasını gözləyin. Qarışığı süzün və onu kasaya tökün, bir qədər pozmarin və ya lavanda efir yağı əlavə edin ki, qarışıq xoş təravət əldə etsin.
İstifadəsi:
Saçlarınızı adi qaydada yuyun, sonra qarışığı saçın diblərinə çəkin və bir qədər baş dərisini masaj edin. Qısa bir müddət sonra ağ saçlardan əsər-əlamət qalmayacaq.
1543 dəfə oxundu