Özünü güllələyən aktrisa danışdı

Özünü güllələyən aktrisa danışdı


“Yataq otağı tərəfindən qışqırıq səsi eşitdim”. Xəbər verdiyimiz kimi aktrisa Harika Avcı ötən gün qaldığı otel otağında odlu silahla vurulmuş halda tapılıb.

Oxu.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, istintaqa başlayan polis Avcının sevgilisi olduğu iddia edilən 26 yaşındakı Yasin K.-nı nəzarətə götürüb. Yasin K. polisə verdiyi ifadəsində deyib: “Təxminən 1 həftədir oteldə qalır. Vaxtaşırı yanına gedirdim. Dünən səhərə yaxın yanına gedib yatdım. İti gəzdirmək üçün çölə çıxacağım zamanda yataq otağı tərəfindən qışqırıq səsi eşitdim, amma silah səsi eşitmədim. İçəri qayıdanda onu yaralanmış halda tapdım”.

Hadisə yerində araşdırma aparan polis əməkdaşları otel otağının divarında 1 ədəd güllə izi tapıb. Həmçinin Avcının yatağındakı yastıqda barıt izinin olduğu təsbit edilib. Silahın Avcının 2 dəfə boşanma iddiası açıb davadan imtina etdiyi, amma indi ayrı yaşadığı həyat yoldaşı İbrahim Öztürkə aid olduğu təyin edilib. Harika Avcı isə polisə verdiyi ifadəsində “Səhvən özümü vurdum” deyib. Sevgilisi Yasin K. isə Avcının ifadəsindən sonra sərbəst buraxılıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1421 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...