Azərbaycan XİN-in "qara siyahı"ya saldığı müğənni yenidən ölkəmizə gəlir

Azərbaycan XİN-in "qara siyahı"ya saldığı müğənni yenidən ölkəmizə gəlir


Sentaybrın 1-də Azərbaycanın işğal altındakı Xankəndi şəhərində Dağlıq Qarabağdakı separatçı rejimin “müstəqilliyinin” 24-cü ildönümü ilə bağlı tədbir keçiriləcək. Modern.az saytı xəbər verir ki, Xankəndinin mərkəzi meydanında italyan bəstəkarı Cüzeppe Verdinin “Rekviem” əsərinin təqdimetmə mərasimi olacaq.

Ermənistan prezidenti Serj Sərkisyanın xanımı Rita Sərkisyanın patronajlığı altında keçiriləcək tədbirdə Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “arzuolunmaz şəxs” elan olunan Lyubov Kazarnovskaya da iştirak edəcək. O, layihənin bədii rəhbəri kimi Xankəndinə yenidən səfər edəcək.

Rusiyalı opera müğənnisi Lyubov Kazarnovskaya bu ilin iyulunda işğal olunmuş Azərbaycan torpaqlarına səfər etdiyi üçün Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən “qara siyahı”ya salınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...