Mətanət İsgəndərlinin qızı ikinci dəfə nişanını qaytardı
Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər nişanını qaytarıb
GUNDEMİNFO.AZ lent.az-a istinadən xəbər verir ki, buna səbəb əməkdar artistin qızının nişanlandığı bəylə xasiyyətlərinin uyğun gəlməməsi olub. Məsələ ilə bağlı əməkdar artist M.İsgəndərli ilə əlaqə saxlanılıb. O isə mövzuya özünün yox, mətbuat katibi Zəminə Rüstəmovanın münasibət bildirəcəyini söylədi: “Bu suala mən yox, mətbuat katibim cavab verəcək”.
Mətbuat katibi də xəbəri təsdiqləyib: “Mətanət xanımın qızı Ülkər nişanını qaytarıb. Səbəbsə xasiyyətlərinin uyğun gəlməməsi olub. Ülkər hazırda ailə qurmaq barədə düşünmür. Bütün diqqətini təhsilinə yönəldib”.
Xatırladaq ki, M.İsgəndərlinin qızı Ülkərin nişanı 2013-ci il oktyabrın 30-da mediaya qapalı olmuşdu. Həmin vaxt əməkdar artistin qızının toyuna daxil olmaq istəyən media nümayəndələri restoranın qarşısında duran cangüdənlərin kobud rəftarı ilə üzləşmişdi. Qeyd edək ki, M.İsgəndərlinin qızı 2009-ci ildə də başqa bir bəylə nişanlı olub. O zaman isə M. İsgəndərli qızının nişanı qaytarması ilə bağlı bu sözləri demişdi: “Onları barışdırmaqdan hər iki valideynlər yorulub, qoy indidən yolların ayırsınlar, əgər bir-birlərini həqiqətən sevirlərsə, barışacaqlar”.
2187 dəfə oxundu