Əməkdar artist klinikanı məhkəməyə verir
Travmatologiya İnstitutunda mənə dedilər ki, biz ancaq 1 saylı Kliniki Tibbi Mərkəzin səhvlərini düzəltməklə məşğuluq.
Bu sözləri əməkdar artist Əli Nur 1 saylı Kliniki Tibbi Mərkəzdə həkim səhlənkarlığı ucbatından başına gələn bədbəxt hadisə ilə bağlı Axar.az-a danışarkən deyib: “Mən konkret hansısa həkimdən yox, ümumiyyətlə, klinikadan şikayətçiyəm. Dünən polis bölməsinə getmişdim. Mənə dedilər ki, sorğu-sual davam edir, sənədləri məhkəməyə göndərəcəyik.
Mən klinikanı ona görə məhkəməyə vermək istəyirəm ki, 60 yaşında, 30 ilin cərrahı öz sənətini bilmir. Nə qədər xəstəni bu cür bədbəxt edirlər. Baş həkim deyir, hara istəyirsən, şikayət elə. Dedim, prezidentə müraciət edəcəyəm”.
Xatırladaq ki, Kliniki Tibbi Mərkəzin həkimi, 1957-ci il təvəllüdlü Əli Əhməd oğlu Səmədovun yanlış müalicəsi nəticəsində əməkdar artist Əli Nurun əmək qabiliyyətinin 10 faizini itirməsi ilə bağlı Cinayət Məcəlləsinin 131-ci (ehtiyatsızlıqdan sağlamlığa az ağır və ya ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.
1306 dəfə oxundu